Türkiyə Çin casuslarını yaxalayıb | FOTOLAR

   Türkiyə Çin casuslarını yaxalayıb   | FOTOLAR
  21 May 2025    Oxunub:406
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə ərazisində saxta baza stansiyaları quraraq vətəndaşların şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərən cinayətkar şəbəkəni aşkarlayaraq sıradan çıxarıb.
"CNN Türk" telekanalının kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, casusluqda şübhəli bilinən 7 nəfər Çin vətəndaşı cinayət başında saxlanılıb. Diqqətə çatdırılır ki, şübhəlilər Türkiyə ərazisinə gətirdikləri xüsusi baza stansiyaları vasitəsilə dövlət məmurlarını, eyni zamanda, orada yaşayan uyğur türklərini izləməyə başlayıblar.


Kəşfiyyat məlumatları göstərir ki, çinli casuslar əsasən 50 metr yaxınlıqdakı telefonların siqnalını gizli yolla nəzarətə götürərək, bu telefonlarla göndərilən zəng, mesaj və s. hər cür məlumatı izləyərək toplayıblar.


"İstanbul, İzmir, Manisa, Balıqəsir və Bursa şəhərlərində toplanan şəxsi əlaqə məlumatları və koordinatlar birbaşa Çinə ötürülüb. Şübhəlilər sözügedən baza stansiyalarını Türkiyə ərazisinə 4 xüsusi kuryer vasitəsilə hissə-hissə gətiriblər", - "CNN Türk" bildirir.

Hazırda casusların dindirilməsinin başa çatdığı, məhkəmə qarşısına çıxarılacaqları vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Çin   casuslar  





Xəbər lenti